CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kolleclərə qəbul olunan abituriyentlər üçün son şans

© © пресс-служба Минобразования АРВступительные экзамены, фото из архива
Вступительные экзамены, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Abituriyentlər 29 avqust saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər

BAKI, 29 avqust — Sputnik. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır.

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, abituriyentlər 29 avqust saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Göstərilən müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.

Xəbər lenti
0