CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbə getməmiş tətil edəcəklər

© AR Ministry of EducationTəhsil Nazirliyi
Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Bir gün ərzində 3 məşğələ, bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə olacaq

BAKI, 26 avqust — Sputnik. Təhsil Nazirliyi 2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarında dərs ili barədə məlumat yayıb. 

Etibar Əliyev - Sputnik Azərbaycan
Məktəbəqədər hazırlıq niyə vacibdir - ekspert şərhi
Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, məktəbəhazırlıq qruplarında tədris ilinin təşkili müəyyənləşdirilib və bu qruplarda dərs ili iki yarımilə bölünəcək: "I yarımil: 1 oktyabr-26 yanvar, II yarımil: 1 fevral-31 may, 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), 5 gün əlavə tətil (1-5 may)".

Nazirlikdən bildirilir ki, həftədə 4 gün olmaqla 12 məşğələ keçiriləcək: "Bir gün ərzində 3 məşğələ, bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə olacaq. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir".

Xəbər lenti
0