CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vilayət Eyvazovdan yeni kadr dəyişikliyi

© Photo : ONADaxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov
Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt Mühafizə İdarəsinin rəisi Akif Alışanov (Qorçubəyli) tutduğu vəzifədən azad edilib

BAKI, 24 avqust — Sputnik. Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vilayət Eyvazov idarə rəisini işdən çıxardı

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin katibliyinin rəisi, polis polkovniki Kamil Abbasov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi Vüsal Məmmədov təyinat alıb.

V.Eyvazovun digər əmri ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi Akif Alışanov (Qorçubəyli) tutduğu vəzifədən azad edilərək Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin edilib.

Qeyd edək ki, A.Alışanov AzTV-nin sabiq rəhbəri Arif Alışanovun qardaşıdır. Akif Alışanov bir müddət əvvəl soyadını dəyişdirib.

Xəbər lenti
0