CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecə klubunda əylənən ərəb turistə fantastik hesab oxudular

© Sputnik / Murad OrujovКонцерт Карди Би в рамках развлекательной программы Гран-при Азербайджана "Формула-1"
Концерт Карди Би в рамках развлекательной программы Гран-при Азербайджана Формула-1 - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, son vaxtlar buna bənzər hallara tez-tez rast gəlinir. Körfəz ölkələrindən olan turistlərə ölkəmizdəki istirahət və əyləncə mərkəzlərində fantastik hesabların təqdim olunmasını əks etdirən fotolar tez-tez sosial şəbəkələrdə yayılır

BAKI, 23 avqust — Sputnik. Bakıda yerləşən gecə klublarından birində ərəb turistlərə 6340 AZN-lik hesab təqdim olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə hesabı əks etdirən foto paylaşılıb.

Hesabdan görünür ki, turistlər əsas maliyyəni atəşfəşanlıq üçün istifadə ediblər. Onlar buna 2000 AZN-dən çox pul xərcləyiblər.

© TurizmplusKlubda təqdim olunan hesab
Gecə klubunda əylənən ərəb turistə fantastik hesab oxudular - Sputnik Azərbaycan
Klubda təqdim olunan hesab

Qeyd edək ki, son vaxtlar buna bənzər hallara tez-tez rast gəlinir. Körfəz ölkələrindən olan turistlərə ölkəmizdəki istirahət və əyləncə mərkəzlərində fantastik hesabların təqdim olunmasını əks etdirən fotolar tez-tez sosial şəbəkələrdə yayılır. Xatırladaq ki, bir müddət öncə paytaxtdakı kafelərin birində nahar edən ərəblər 1143 manat pul ödəyiblər. Bundan əvvəl isə Qəbələdə qəlyanaltı ərəb turistlərə 617 manata başa gəlmişdi.

Xəbər lenti
0