12:20 09 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1610

Avqustun 19-dan başlayan mərhələ bu gün saat 23:59-a kimi davam edəcək. Müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi etməlidirlər

BAKI, 23 avqust — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya seçimi mərhələsi avqustun 23-də başa çatacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Xəbərdə bildirilir ki, avqustun 19-dan başlayan mərhələ bu gün saat 23:59-a kimi davam edəcək. Müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi etməlidirlər. Hər bir namizədə 5 yer seçmək hüququ verilir. Namizədlər arzu etdikləri vakansiyaları seçdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsi avqust ayının 26-dan başlayacaq.

Qeyd edək ki, BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak edən 1 655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib.

Əsas mövzular