CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda böyük köç: Sakinlərlə razılıq əldə olundu

© Sputnik / Irade JELILSökülmüş mənzil
Sökülmüş mənzil - Sputnik Azərbaycan
Abunə olmaq
Eyni zamanda onlara ev əşyalarının daşınmasına köməklik, bir aylıq kirayə haqqına görə 500 manat əlavə vəsait veriləcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 avqust — Sputnik. Paytaxtın Binəqədi rayonunda sakinlərin qəzalı binalardan köçürülməsinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov məlumat verib.

O, bildirib ki, Binəqədi rayonunda iki qəzalı bina var. Bunlar qəzalı vəziyyətdə olan yataqxanalardır.

Yasamal yaşayış kompleksi - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Güzəştli mənzil" istəyənlərin bir gün vaxtı qaldı

İ. Süleymanov qeyd edib ki, həmin binalarda yaşayan mənzil sahiblərinə birdəfəlik yardım veriləcək: "Qərara alınıb ki, qəzalı binalarda yaşayan, 30 kv metr sahəsi olan mənzillərə görə sakinlərə 30 min manat yardım verilsin. Bundan artıq sahəli mənzillərin hər kvadrat metrinə görə min manat ödəniləcək. Eyni zamanda, onlara ev əşyalarının daşınmasına köməklik, bir aylıq kirayə haqqına görə 500 manat əlavə vəsait veriləcək. Prosesə iyul ayından başlanılıb. Hazırda vətəndaşlarla razılaşmalar aparılır".

İ. Süleymanov bildirib ki, kəskin qəzalı binalar Bakı şəhərinin Binəqədi rayonunda 8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi 41, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı köhnə yaşayış binalarıdır: "Bu ünvanlarda olan yataqxanalarda köçürülmə prosesinə başlanılıb. Bu günə qədər 70 mənzil sahibi ilə razılaşma əldə olunub. Onların 50 faizi yardım alıb, digərlərinin sənədləri ilə bağlı işlər aparılır. Həmin sakinlərin sənədlərinin öyrənilməsinə əlavə vaxt tələb olunduğundan, hal-hazırda onların təqdim etdiyi sənədlər öyrənilir. Köçürülmə prosesi mərhələli şəkildə davam etdirələcək".

Xatırladaq ki, paytaxtda 17 kəskin qəzalı bina var. Həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmadığından sakinlərin köçürülməsi barədə qərar qəbul edilib. Köçürülmə prosesi mərhələli şəkildə davam etdiriləcək.

Xəbər lenti
0