CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci sinfə gedənlərin sayı açıqlandı

© AR Ministry of EducationŞagirdlər sinifdə, arxiv şəkli
Şagirdlər sinifdə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Universitetlərimizin I kursuna, bakalavr pilləsində təhsil almaq üçün ali təhsil müəssisələrinə 43480 tələbə gedəcək

BAKI, 23 avqust — Sputnik. 2019-2020-ci tədris ilində, 15 sentyabrda respublikamızın ümumtəhsil məktəblərinin I siniflərinə 164234 şagird gedəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tam orta təhsil bazasından (XI sinif) 10001 nəfər, ümumi (9 illik) orta təhsil bazasından 9695 nəfər gedəcək.

Peşə təhsili müəssisələrinə 8808 nəfər gedəcək. Universitetlərimizin I kursuna, bakalavr pilləsində təhsil almaq üçün ali təhsil müəssisələrinə 43480 tələbə gedəcək.

Magistratura təhsili almaq üçün isə 6962 nəfər gedəcək.

Xəbər lenti
0