CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sabunçu qatarına məhdudiyyət

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək

BAKI, 23 avqust — Sputnik. 26 avqust 2019-cu ildən 15 sentyabr 2019-cu ilədək Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib.

O, qeyd edib ki, Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq.

Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək.

Xəbər lenti
0