CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Polisin işidir, mənə nə..." deyib keçməyin

© Sputnik / Murad OrujovЖурналист за компьютером, фото из архива
Журналист за компьютером, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəkə vasitəsilə faktı ötürən şəxs öz anonimliyini xahiş etməklə, rastlaşdığı hüquqazidd əməl barədə polisi məlumatlandırmaqla vətəndaşlıq mövqeyi nümayiş etdirib

BAKI, 22 avqust — Sputnik. "Valideyni tərəfindən azyaşlının ayağından zəncirlənməsi barədə fakt ictimailəşməzdən bir gün öncə Bakı Şəhər Baş Polis idarəsinə daxil olub. Sosial şəbəkə vasitəsilə faktı ötürən şəxs öz anonimliyini xahiş etməklə, rastlaşdığı hüquqazidd əməl barədə polisi məlumatlandırmaqla vətəndaşlıq mövqeyi nümayiş etdirib".

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Masallı rayon Polis Şöbəsinin növbətçi hissəsi - Sputnik Azərbaycan
HADİSƏ
Ananın zəncirlədiyi uşağı dövlət himayəsinə götürdü

O qeyd edib ki, faktın təsdiqini tapması, kütləvi informasiya vasitələrinin məsələyə həssas münasibəti göstərir ki, ətrafımızda rastlaşdığımız hüquqazidd əməllər barədə polisin məlumatlandırılması cəmiyyətimizdə sosial-neqativ hallara qarşı mübarizənin yaxşılaşmasına xidmət edir.

"Sosial şəbəkələrdə və digər ictimai yerlərdə "Polis bilir", "Polis məlumatlıdır", "Polisin işidir, mənə nə...", "Polis görmür?" - deyə səsləndirilən şüarlarla müzakirə olunan hüquqazidd əməllər, əhəmiyyətinə və mənəvi yükünə görə ictimai məsuliyyətsizlikdir, yaxud səhlənkarlıqdır", - deyə Hacıyev əlavə edib.

O, vurğulayıb ki, paytaxtımızda ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı qorunması və təminatı hər birimizin üzərinə düşür.

Xəbər lenti
0