01:18 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Jurnalist

Kriminaldan yazan jurnalistlərə xəbərdarlıq edildi – Səhv etməyin

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
15 0 0

Jurnalistlər bəzən ictimai təhlükəli əməlləri, mülkiyyət əleyhinə törədilən cinayətlərin növlərini qarışdırırlar

BAKI, 21 avqust — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev kriminal sahədən hazırlanan xəbər və məqalələrdə bəzi səhvlərə yol verildiyini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən E. Hacıyev bildirib ki, jurnalistlər bəzən ictimai təhlükəli əməlləri, mülkiyyət əleyhinə törədilən cinayətlərin növlərini qarışdırırlar.

O, bildirib ki, səhvlərə əsasən oğurluq, dələduzluq, soyğunçuluq və quldurluq kimi talama cinayətləri ilə bağlı xəbərlərdə rast gəlinir. Onun sözlərinə görə, bəzən "quldurluq hadisəsi baş verib" kimi sərlövhəli xəbərlərin içərisində hadisənin fabulası göstərilir: "Məlum olur ki, ictimai təhlükəli əməl soyğunçuluqdur. Cinayət qanunvericiliyinə görə, bu cinayətlərin obyekti mülkiyyət münasibətləridir, mülkiyyət münasibətlərinin pozulması ilə müşayiət olunan talamadır".

O, həmçinin qeyd edib ki, oğurluq - özgənin əmlakını gizli yolla talamaq, dələduzluq - etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdir: "Soyğunçuluq - özgənin əmlakını açıq talama, quldurluq isə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükə zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hadisəsi ilə bağlı olan basqındır".

E.Hacıyev əlavə edib ki, qeyd olunanlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, başqa sözlə, cinayət qanunvericiliyində təsbit olunub: "Sadalanan ictimai təhlükəli əməllər əlamətlərinə, törədilmə üsul və vasitələrinə görə bir-birindən fərqlənir. Ona görə də onların hər birinin təqsirə görə fərqli məsuliyyəti, cəza sanksiyası var".

Polis mayoru bu kimi ifadələrdən istifadə etdikdə, jurnalistləri cinayət əməlinin növünə diqqət yetirməyə səsləyib.

Əsas mövzular