CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı liseyin bütün məzunları tələbə oldular

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məzunlardan 3 nəfər 600-dən, 10 nəfəri 500-dən yuxarı, 26 nəfəri isə 200-500 bal arası nəticə göstərib

BAKI, 21 avqust — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Məktəb-Lisey-Kompleksinin 11 c və 11 b siniflərini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olunublar.

ADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yüksək bal toplayıb tələbə ola bilməyən abituriyentlərin şok sayı

Sputnik Azərbaycan-ın məlumatına görə, 11 c sinfini bitirən 23 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb. Məzunlardan 3 nəfəri 600-dən yuxarı, 8 nəfəri 500-600, 7 nəfəri isə 300-500 bal arası nəticə göstərib. Həmçinin, məzunlardan 3-ü Türkiyə, 1-i Rusiya, 1-i isə Amerikada təhsil almaq hüququ qazanıb.

Məktəb-Lisey-Kompleksinin 11 b sinfini bitirən 24 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb. Məzunlardan 2 nəfəri 500-dən yuxarı, 19 nəfəri isə 200-500 bal arası nəticə göstərib. Bundan başqa, 2 məzun Türkiyədə, 1-i isə Rusiyada təhsillərini davam etdirmək imkanı qazanıb.

Xəbər lenti
0