CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin bir hissəsində qaz olmayacaq

© AFP 2023 / MYCHELE DANIAUГазовая плита на кухне, фото из архива
Газовая плита на кухне, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müəyyən müddət ərzində qaz xətlərində mənbəyə birləşdirmə, təmir-bərpa və quraşdırma işləri aparılacaq

BAKI, 21 avqust — Sputnik. Bu gün səhər saat 09:00-dan Gəncə şəhərində bir qrup abonentin qaz təchizatı dayandırılıb. Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, bu müddətdə aşkar edilən qaz sızmalarının ləğvi və yeni çəkilən qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri icra olunacaq.

Saat 09:30-dan 17:30-dək isə Göyçay rayonunun bir neçə kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xətlərində sazlama işləri aparıldığından təchizatda dayandırmalar olacaq. Avqustun 21-də səhər saat 10.00-dan Sabunçu rayonunun Pirşağı, Nardaran qəsəbələri, Bilgəh qəsəbəsinin bir hissəsində, 2-ci Sovxoz yaşayış massivində, Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində, Suraxanı rayonunun Hövsan qəsəbəsində də qaz təchizatında məhdudiyyətlər tətbiq ediləcək. Bu müddət ərzində qaz xətlərində mənbəyə birləşdirmə, təmir-bərpa və quraşdırma işləri aparılacaq.

Xəbər lenti
0