CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Xətai”də təmir başa çatdı

© "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti tərəfindən təqdim olunub"Xətai" stansiyasında təmir işləri
Xətai stansiyasında təmir işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Bəxtiyar Məmmədov yaxın vaxtlarda stansiyanın sərnişinlərin istifadəsinə veriləcəyini qeyd edib

BAKI, 19 avqust — Sputnik. Bakı metrosunun "Xətai” stansiyasında aparılan əsas təmir işlərinin hamısı başa çatdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda son abadlıq işləri aparılır: “Xətai” stansiyasında aparılan əsaslı təmir başa çatdırılıb. Hazırda son tənzimlənmə işləri aparılır. Abadlıq və səliqə-səhman yaradılır”.

B.Məmmədov stansiyanın açılacağı dəqiq tarixi açıqlamasa da, yaxın vaxtlarda sərnişinlərin istifadəsinə veriləcəyini qeyd edib.

Xəbər lenti
0