06:36 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Biznesmen

Şirkət təkzib verdi, “biz deyilik” dedi

CC0 / pxhere
CƏMİYYƏT
Qısa URL
54 0 0

Bir sıra yerli xəbər saytları heç bir dəqiqləşdirmə aparmadan şirkətə məxsus mineral suların foto şəkillərindən də istifadə etməklə öz xəbər lentlərində yayımlayıb

BAKI, 19 avqust — Sputnik. Son zamanlar bəzi xəbər saytlarında "Müsavat" rəhbərliyinin "Sirab" şirkəti tərəfindən maliyyələşdirilməsi haqqında məlumatlar yayılıb. Bu xəbərlərin meydana çıxmasına səbəb isə Avropada yaşayan və özünü müsavatçı jurnalist kimi təqdim edən Laçın Məmişov tərəfindən "Youtube" kanalında yayımlanmış bir videodur. Həmçinin, qeyd edək ki, xəbərlərdə Babək "Sirab" ASC-yə məxsus "Sirab" mineral sularının foto şəkilləri də yerləşdirilərək yayımlanıb.

Şirkətin idarə heyətinin sədri Namiq Novruzov Sputnik Azərbaycan-a bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb. Müəyyən edilib ki, jurnalistin açıqlamasında Babək "Sirab" ASC-dən deyil, Avropada yaşayan hansısa Azərbaycan vətəndaşı tərəfindən elə Avropa ölkələrinin birində qeydiyyatdan keçirilmiş və orada da fəaliyyət göstərən "Sirab Europa Gmhb" adlı bir şirkətdən bəhs edilir.

O, əlavə edib ki, Avropada qeydiyyatdan keçmiş həmin şirkətin Naxçıvanda qeydiyyatdan keçmiş və ölkəmizdə fəaliyyət göstərən şirkətlə heç bir əlaqəsi yoxdur.

"Lakin bir sıra yerli xəbər saytları bu informasiyanı bizimlə heç bir dəqiqləşdirmə aparmadan şirkətimizə məxsus mineral suların foto şəkillərindən də istifadə etməklə öz xəbər saytlarında yayımlayıb. Bu cür qeyri-dəqiq xəbəri yayan media quruluşlarının məsələyə qeyri-peşəkar yanaşaraq, KİV haqqında qanunun tələblərinə məhəl qoymayaraq qarşı tərəfin mövqeyini öyrənmədən birtərəfli qaydada xəbər yayınlamasından və nəticə etibarilə ictimaiyyətdə şirkətimizə və markamıza yönəlik əsassız çaşqınlıq yaratmasından dərin təəssüf hissi keçiririk. Bizim şirkətimizə yönəlik qeyri-dəqiq informasiyanı yayan xəbər saytlarından yanlışlarını düzəldərək təkzib vermələrini tələb edir, əks təqdirdə haqqımızı hüquqi müstəvidə qorumaq üçün bütün zəruri addımları atacağımızı bildirmək istəyirik" – deyə N. Novruzov vurğulayıb.

Əsas mövzular