CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bir hissəsində hərəkət məhdudlaşdırılır

© Sputnik / Irade JELILBeşmərtəbə dairəsində bağlanmış yol
Beşmərtəbə dairəsində bağlanmış yol - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur

BAKI, 19 avgust — Sputnik. Bakı şəhəri, Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçələrində yol tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən sözügedən küçələrdə hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Tikinti işləri 1 həftə müddətinə qədər davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti
0