22:13 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Qadın silueti

Azərbaycanda iynəyə qurşanan narkoman qadınların şok statistikası

CC BY 2.0 / Walt Stoneburner / She Captured My Heart
CƏMİYYƏT
Qısa URL
33 0 0

Hesabatdan görünür ki, Azərbaycanda rəsmi qeydiyyata alınan narkoman qadınların sayı artır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 avqust — Sputnik. Azərbaycanda inyeksion narkotik istifadəçilərinin 501 nəfəri qadındır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında öz əksini tapıb.

Məlumatda qeyd edilib ki, ölkəmizdə inyeksion narkotik istifadəçilərinin ümumi sayı 21872 nəfər təşkil edir. Ümumiyyətlə, istifadəçilər arasında 626-sı qadındır. Hesabatdan da görünür ki, Azərbaycanda rəsmi qeydiyyata alınan narkoman qadınların sayı artır. 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-cı ildə 612-si, 2017-ci ildə isə 595-i qadın olub. 2018-ci ildə isə narkotik aludəçisi olan qadınların sayı artaraq 626 nəfərə çatıb. 2018-ci ildə yeni qeydiyyata alınan 1995 narkomanın 35-i, 2017-ci ildə 26-sı, 2016-cı ildə 29-u qadın olub.

Əlaqədar

Narkobaron həbsxanadan qaçmaq üçün "qadın oldu" - VİDEO
Oddan kül törəyib - Siyasət nəhənginin nəvəsi narkoman çıxdı
Narkomanların müalicəsi zamanı psixoloji korreksiya kursu aparılacaq
Narkomanlıqla mübarizə üçün maraqlı üsul fikirləşdilər
Teqlər:
iynə, qadınlar, narkotik vasitələr, narkotik asılılığı, narkotik

Əsas mövzular