15:17 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Nazirlər Kabineti

Hökumət Dövlət Turizm Agentliyi ilə bağlı qərar verdi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
15 0 0

Nazirlər Kabinetinin müvafiq qərarı ilə Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb

BAKI, 16 avqust — Sputnik. Nazirlər Kabineti "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" 2014-cü il 17 iyun tarixli və "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" 2018-ci il 7 iyun tarixli qərarlara dəyişiklik edib.

Sputnik Azərbaycan xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Şəki Dövlət Rəsm Qalereyası, Basqal qəsəbə Mədəniyyət Evi, Xınalıq kənd Mədəniyyət Evi "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na əlavə edilib.

Əsas mövzular