CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu abituriyentlər müsabiqəyə buraxılmayacaqlar

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5‑ci nömrəsində dərc edilib

BAKI, 16 avqust — Sputnik. Tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 10:15-dək kolleclərə qəbul olmaq üçün 4501 (Azərbaycan bölməsi – 4316, rus bölməsi – 185) abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5‑ci nömrəsində dərc edilib. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Xəbər lenti
0