CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağır qəza nəticəsində yaralananlardan biri xəstəxanadadır

© Sputnik / Murad OrujovКрупнотоннажный транспорт на трассе Баку - Губа
Крупнотоннажный транспорт на трассе Баку - Губа - Sputnik Azərbaycan
Abunə olmaq
Quba rayon Birinci Nügədi kənd sakini, 57 yaşlı Elman Həsən oğlu Babayev aldığı qəza zamanı ağır xəsarətlərdən xəstəxanada ölüb

BAKI, 16 avqust — Sputnik. Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində əks istiqamətlə hərəkət edən iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, 6 yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralılar - Quba rayon Birinci Nügədi kənd sakini, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri – 26 yaşlı Arif Əmrəli oğlu Eyyubov, 37 yaşlı Fərhad İmran oğlu Eyyubov, 27 yaşlı Orxan Məhəmməd oğlu Pirimov və 28 yaşlı Sadıq Sarvan oğlu İskəndərovdur. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Nazirliyin məlumatına görə, xəsarət alanlardan hazırda bir nəfər xəstəxanada qalıb. 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərova sağ diz oynağının əzilmiş və cırılmış yarası, hər iki dirsək sümüyünün sınığı, çənənin əzilmiş cırılmış yarası diaqnozu qoyulub.

Xəstəxanadan bildirilib ki, yaralılardan Quba rayon Birinci Nügədi kənd sakini, 57 yaşlı Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Xəbər lenti
0