07:53 26 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Ruslana Cavadova

Azərbaycanlı model Amerikadakı uğursuz sevgiləri barədə danışıb

© Instagram / ruslanagee
CƏMİYYƏT
Qısa URL
448 0 0

Ruslana Cavadova Los-Angeles və Nyu-Yorkda yaşayan oğlanların fərqli cəhətləri haqqında danışmaq qərarına gəlib

BAKI, 16 avqust — Sputnik. Daha çox Ruslana Gee adı ilə tanınan azərbaycanlı model Ruslana Cavadova özünün amerikalılarla olan eşq macəraları barədə danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, model Los-Anceles və Nyu-Yorkda yaşayan oğlanlarla görüşləri barədə təəssüratlarını özünün Youtube səhifəsində paylaşıb.

Qız nadir hallarda kişilərlə görüşə getdiyini, çünki amerikalılarla görüşməkdən o qədər də xoşu gəlmədiyini deyib.

"Mən dəfələrlə Los-Anceles və Nyu-Yorkda yaşayan kişilərlə görüşə getmişəm və əmin olmuşam ki, bu ölkənin kişiləri bir-birindən çox fərqlənirlər. Nyu-Yorklu oğlanlar təhsillidirlər, istənilən mövzudan danışa bilirlər, ciddi münasibətlər qurmaq istəyirlər və boş-boşuna vaxt itirmək istəmirlər. Los-Ancelesdən olan kişilər isə darıxdırıcıdırlar, punktual deyillər, onları yalnız iki şey maraqlandırır - nə ilə məşğul olduğum və gözəlliyim. Onlar ciddi münasibətlər qurmaq istəmirlər" - deyə Cavadova bildirib.

Ruslana Cavadova Bakıda anadan olub. Uşaq yaşlarından, hələ məktəbdə oxuyarkən moda və gözəllik sahəsinə böyük marağı olub. O, 2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda eyni adlı moda jurnalları ilə tanınan L'Officiel Awards-ın illik mükafatları çərçivəsində iki nominasiya üzrə - "Ən yaxşı model" və "Ən yaxşı fashion-блогер" - mükafatlara layiq görülüb.

Cavadova həmçinin zərgərlik məmulatları dizayneridir. Əvvəlcə İstanbulda təhsil alıb, sonra təhsilini Los-Ancelesdə davam etdirmək qərarına gəlib. Hazırda Amerikada LACC kollecində təhsil alır və həmçinin bloggerlik fəaliyyətini davam etdirir.

Əsas mövzular