CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı bilindi

© AR Ministry of EducationMəktəbəhazırlıq qrupu
Məktəbəhazırlıq qrupu - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar

BAKI, 15 avqust — Sputnik. Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq.

Proses sentyabrın 25-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.

Xəbər lenti
0