CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali məktəblərə ixtisas seçimi başladı

© Sputnik / Murad OrujovAzərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq

BAKI, 15 avqust — Sputnik. Avqustun 15-dən ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır. Dövlət İmtahan Mərkəzindən (DİM) Sputnik Azərbaycan-a verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci nömrəsində dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci nömrəsində dərc olunub.

Xəbər lenti
0