03:45 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
Dənizkənarı Milli Parkda Dövlət Bayraq Meydanının yaxınlığında “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda sərgi keçirilib

Milli Parkda möhtəşəm sərgi: Sərhədçilərimiz silahlarıyla öyündülər - FOTO

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
137320

"Filmlərdə, fotolarda gördüyüm silahları indi canlı görürəm. Arzuladığım silahlara toxunuram"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Bu gün Dənizkənarı Milli Parkda Dövlət Bayraq Meydanının yaxınlığında “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda sərgi keçirilib.

Sputnik Azərbaycan-ın əməkdaşı xəbər verir ki, sərgidə Azərbaycan Sərhəd Mühafizəsinin son illərdə inkişafı və əldə etdiyi nailiyyətlər haqqında ictimaiyyət geniş məlumatlandırılmaqla yanaşı, dövlət sərhədləri, sərhəd mühafizə tarixi, dövlət sərhədinin mühafizəsində tətbiq olunan hərbi və döyüş texnikası, silahlar və xüsusi sərhəd mühafizə avadanlığı haqqında ətraflı məlumatlar verilib.

Sərgidə DSX-nin döyüş və zirehli texnikası, uçuş vasitələri, pilotsuz uçan aparatları, sərhəd gözətçi gəmiləri, ən müasir silah və sursatları, sərhəd mühafizə və digər xüsusi hərbi avadanlıqlar, dövlət sərhədinin mühafizəsində istifadə olunan mühəndis-texniki qurğular, sərhəd nəzarəti texnikası nümayiş etdirilib.

  • Dənizkənarı Milli Parkda Dövlət Bayraq Meydanının yaxınlığında “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda sərgi keçirilib

1 / 6

Şəhər əhalisi, xüsusən gənclər, sərgiyə böyük maraq göstəriblər. Onlar DSX əməkdaşlarına yaxınlaşaraq, silahlar haqqında məlumat alıb, şəkil çəkdiriblər.

Quba rayon sakini 17 yaşlı Samir İbrahimovun sözlərinə görə, bu kimi sərgilərin keçirilməsi gənclərdə vətənpərlik hissini yüksəldir: “Mənim uşaqlıqdan silahlara xüsusi marağım var. Bakıya qonaq gəlmişəm. Dedilər, bulvarda sərgi var, gəldim. Filmlərdə, fotolarda gördüyüm silahları indi canlı görürəm. Bu çox həyacanvericidir. Arzuladığım silahlara toxunuram. Məncə, hər bir gənc bu silahlara toxunmağı arzulayar. Şanslıyam ki, bu gün Bakıdayam və bu silahlara toxundum”.

Sərhədçilərimizdən döyüş filmlərinə meydan oxuyan görüntülər - video>>

Qeyd edək ki, səhər saatlarından başlayan sərgi günortaya qədər davam etdi. Bu saatlara qədər sərgiyə minlərlə Bakı sakini və şəhərimizin qonaqları gələrək, Azərbaycan dövlət sərhədlərinin mühafizəsində istifadə edilən silahlarla və digər vasitələrlə tanış olub, səhra mətbəxində əsgər yeməyindən dadıblar.

Eyni zamanda sərginin iştirakçıları interaktiv tirdə atəş açıb, Azərbaycan istehsalı olan gəmilərlə daha yaxın tanış olublar.

Sərgi sərhədçilərin döyüş tryukları ilə başa çatıb.

Əsas mövzular