01:31 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Miryusif Feyzullazadə

Yaşıdlarını qabaqlayan Miryusifin uğur sirri: "Özümə çox güvənirdim" - FOTO

© Sputnik / Rahim Zakiroghlu
CƏMİYYƏT
Qısa URL
46520

"Övladları ilə dost olmağa çalışsınlar, necə ki, mən oğlumla dostam”

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Lənkəran rayonu Şiləvar kənd sakini, 2003-cü il təvəllüdlü Miryusif Feyzullazadə öz yaşıdlarından 1 il yarım əvvəl ali məktəbə qəbul olunub.

Atası Rüfət Feyzullazadənin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Miryusif həm öz istəyi, həm də nənəsinin təkidi ilə 5 yaşından orta məktəbdə oxumağa başlayıb. Onun sözlərinə görə, övladlarının vaxtından əvvəl məktəbə getməsinin çətinliklər yaradacağından ehtiyat ediblər: “Miryusif ilk övladımızdır, məktəbə tez, yəni 5 yaşından getməsi bizdə bir az həyəcan yaratmışdı. Çünki onun öz marağı var idi, amma biz bir az şübhə edirdik ki, birdən istədiyimiz nəticəni ala bilmərik. O, orta məktəbdə oxuyanda çox yaxşı uyğunlaşdı və sinifləri rahat adladıqca artıq uğur əldə edəcəyinə əmin idik. Son illərdə onun özünün turizmə və turizm-otelçilik sahəsinə olan marağını görəndən sonra valideyn olaraq ona dəstək verdim. Allaha şükür, nəticə də göz qabağındadır.

  • Atası Rüfət Feyzullazadə
    Atası Rüfət Feyzullazadə
    © Sputnik / Rahim Zakiroghlu
  • Miryusif 5 yaşından orta məktəbdə oxumağa başlayıb
    Miryusif 5 yaşından orta məktəbdə oxumağa başlayıb
    © Sputnik / Rahim Zakiroghlu
  • Miryusifin ailəsi
    Miryusifin ailəsi
    © Sputnik / Rahim Zakiroghlu
  • Miryusif dövlət sifarişi ilə “Turizm və sosial-mədəni servis xidməti” fakültəsinə qəbul olunub
    Miryusif dövlət sifarişi ilə “Turizm və sosial-mədəni servis xidməti” fakültəsinə qəbul olunub
    © Sputnik / Rahim Zakiroghlu
1 / 4
© Sputnik / Rahim Zakiroghlu
Atası Rüfət Feyzullazadə

İxtisas seçimini də özü edib və heç bir kənar müdaxilə olmayıb. Bir valideyn kimi məsləhət görərdim ki, əgər yaxşı nəticə görmək istəyirsinizsə, ilk növbədə övladlarınıza inanın. İnanın ki, onlar da bu inamı doğrultsunlar, özlərinə inanıb öz bacarıqlarını ortaya qoya bilsinlər. Tövsiyə edərdim ki, öz övladları ilə dost olmağa çalışsınlar, necə ki, mən oğlumla dostam”.

Lənkəran Şəhər 5 saylı tam orta məktəbin məzunu olan, 15 yaşı hələ tamam olmamış Miryusif Feyzullazadə ali məktəbə imtahan verərkən “Turizm və otelçilik” ixtisasını seçib və Lənkəran Dövlət Universitetinin dövlət sifarişi ilə “Turizm və sosial-mədəni servis xidməti” fakültəsinə qəbul olunub. 

Xaricdə təhsillə bağlı nazirlikdən çağırış - "Yanmamaq" üçün kimi seçməli>>

“Həm  uşaq yaşlarından bu sahəyə marağım olub, həm də son zamanlar dövlət tərəfindən turizmə diqqətin artırıldığına görə bu ixtisası seçdim”, - deyə Miryusif bildirib.

İmtahanın necə keçdiyi barədə sualımıza isə belə cvavab verdi: "Mən özümə çox güvənirdim, ona görə də imtahan çox yaxşı keçdi. Ən çox sevdiyim fənlər riyaziyyat və coğrafiya olub, buna görə də II ixtisas qrupunu seçdim və 383,09 balla qəbul olundum. Orta məktəbdə də özümdən yaşca böyüklərlə oxuduğum üçün imtahan zamanı da heç bir həyəcanım yox idi və heç bir çətinliyim olmadı”.

Əsas mövzular