10:09 26 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8943
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov

Vilayət Eyvazov idarə rəisini işdən çıxardı

© REPORT
CƏMİYYƏT
Qısa URL
336 0 0

Baş Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat idarəsinin rəis müavini işdən çıxarılıb

BAKI, 13 avqust — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı işdən çıxarılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Müşfiq Rəhimov Daxili İşlər nazirinin adına yazdığı raport əsasında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin sərəncamına götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, ötən gün Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Teqlər:
Bakı, polis

Əsas mövzular