16:14 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Tuyğun Mustafayevaya yaşadığı ünvanda Bərdə Regional ASAN xidmət mərkəzinin rəhbəri Əşrəf Əliyev və digər əməkdaşların iştirakı ilə şəxsiyyət vəsiqəsi təqdim edilib

Bərdənin yüz yaşını haqlayan sakini ilk dəfə şəxsiyyət vəsiqəsi aldı - FOTO

© Sputnik / Musa Muradli
CƏMİYYƏT
Qısa URL
83 0 0

"Savadsız adamam. Haraya müraciət edəcəyimi bilmirdim"

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Bərdə rayonunun Mirzəxan kəndində yaşayan Tuyğun Mustafayevanın sonuncu dəfə istifadə elədiyi sənəd Sovet pasportu olub. Təqaüdə çıxarkən əlində olan pasport bir neçə ildən sonra öz hüquqi etibarlılığını itirsə də, onu dəyişməyə ehtiyacı olmayıb. 99 yaşlı Tuyğun Mustafayevaya səlahiyyətli şəxslər humanistlik göstərərək hüquqlarını məhdudlaşdırmamağa çalışıblar. Təqaüdünü əl ilə almasına şərait yaradıblar.  Ancaq qanunun verdiyi imkanlar sonunda tükənib. 

Ahıl yaşına görə edilən güzəştlərə axırda "Kapitalbank"ın qanuni tələbi səbəbindən son qoyulub. Tuyğun nənəyə bundan sonra ASAN xidmət mərkəzinə müraciət edib, şəxsiyyət vəsiqəsini dəyişdirməyi məsləhət biliblər. Tuyğun Mustafayeva Bərdə-ASAN xidmətə müraciət edəndən dərhal sonra onun şəxsiyyət vəsiqəsi hazırlanıb.

Sputnik Azərbaycan bildirir ki, 2019-cu il avqustun 9-da hazır sənəd Tuyğun Mustafayevanın yaşadığı ünvanda Bərdə Regional ASAN xidmət mərkəzinin rəhbəri Əşrəf Əliyev və digər əməkdaşların iştirakı ilə təqdim edilib.

Tuyğun Mustafayeva ona göstərilən diqqəti böyük məmnunluqla qəbul edib, təşəkkürünü bildirib. Şəxsiyyət vəsiqəsi üçün indiyə qədər müraciət etməməsini isə belə izah edib: ”Savadsız adamam. Haraya müraciət edəcəyimi bilmirdim. Əvvəllər təqaüdümü ala bilirdim deyə, şəxsiyyət vəsiqəsini almağa da o qədər ehtiyac olmurdu. Ancaq sonra təqaüdümü ala bilmədim. "Kapitalbank"a getdim. Bankdan isə bildirdilər ki, şəxsiyyət vəsiqəsi olmasa, təqaüd kartının verilməsinə köməklik edə bilməyəcəklər. ASAN xidmətə müraciətim isə tezliklə bəhrəsini verdi. Onlara minnətdarlığımı bildirirəm”.

  • Tuyğun Mustafayevaya yaşadığı ünvanda Bərdə Regional ASAN xidmət mərkəzinin rəhbəri Əşrəf Əliyev və digər əməkdaşların iştirakı ilə şəxsiyyət vəsiqəsi təqdim edilib
    Tuyğun Mustafayevaya yaşadığı ünvanda Bərdə Regional ASAN xidmət mərkəzinin rəhbəri Əşrəf Əliyev və digər əməkdaşların iştirakı ilə şəxsiyyət vəsiqəsi təqdim edilib
    © Sputnik / Musa Muradli
  • Tuyğun Mustafayevaya yaşadığı ünvanda Bərdə Regional ASAN xidmət mərkəzinin rəhbəri Əşrəf Əliyev və digər əməkdaşların iştirakı ilə şəxsiyyət vəsiqəsi təqdim edilib
    Tuyğun Mustafayevaya yaşadığı ünvanda Bərdə Regional ASAN xidmət mərkəzinin rəhbəri Əşrəf Əliyev və digər əməkdaşların iştirakı ilə şəxsiyyət vəsiqəsi təqdim edilib
    © Sputnik / Musa Muradli
  • Tuyğun Mustafayevaya yaşadığı ünvanda Bərdə Regional ASAN xidmət mərkəzinin rəhbəri Əşrəf Əliyev və digər əməkdaşların iştirakı ilə şəxsiyyət vəsiqəsi təqdim edilib
    Tuyğun Mustafayevaya yaşadığı ünvanda Bərdə Regional ASAN xidmət mərkəzinin rəhbəri Əşrəf Əliyev və digər əməkdaşların iştirakı ilə şəxsiyyət vəsiqəsi təqdim edilib
    © Sputnik / Musa Muradli
  • Tuyğun Mustafayevaya yaşadığı ünvanda Bərdə Regional ASAN xidmət mərkəzinin rəhbəri Əşrəf Əliyev və digər əməkdaşların iştirakı ilə şəxsiyyət vəsiqəsi təqdim edilib
    Tuyğun Mustafayevaya yaşadığı ünvanda Bərdə Regional ASAN xidmət mərkəzinin rəhbəri Əşrəf Əliyev və digər əməkdaşların iştirakı ilə şəxsiyyət vəsiqəsi təqdim edilib
    © Sputnik / Musa Muradli
1 / 4
© Sputnik / Musa Muradli
Tuyğun Mustafayevaya yaşadığı ünvanda Bərdə Regional ASAN xidmət mərkəzinin rəhbəri Əşrəf Əliyev və digər əməkdaşların iştirakı ilə şəxsiyyət vəsiqəsi təqdim edilib

Həyatındakı çətin günlərdən danışan Tuyğun nənə bildirib ki, kolxoz illərində çox əziyyətlər çəkib. ”Körpə kürəyimdə pambıq becərirdim. Həyat yoldaşım müharibədə əllərini itirib, şikəst qayıtdığından əmək qabiliyyətini itirmişdi. Ona görə də kişi yerinə də işləyirdim. İki uşaq - bir oğul, bir qız- böyütdüm. İndi nəvəm, nəticəm var”, - deyən nənənin yaddaşını qurdalayıb, keçmişdən danışmaqda çətinlik çəkdiyi hiss olunur.

Nənə övladlarından da razılığını dilə gətirir. Xüsusilə gəlininin ona qarşı qayğıkeş olduğunu bildirir. Həyatda çəkdiyi əziyyətləri xeyirli övladlarına görə unudur Tuyğun nənə. Buna görə də həyatından razıdır.

Bərdə-ASAN xidmət mərkəzinin baş məsləhətçisi Şəbnəm Süleymanova Tuyğun Mustafayevaya göstərilən xidmətdən məmnunluqlarını ifadə edib: ”Bərdə Regional ASAN  Xidmət mərkəzinin fəaliyyətə başladığı 12 mart 2015-ci il tarixdən 1,5 milyondan çox vətəndaş müraciəti qəbul etmişdir. 

Mərkəzimiz Bərdə rayonu ilə yanaşı, Yevlax, Ağdam, Tərtər, Füzuli, Ağcabədi, Ucar, Mingəçevir, Tərtər rayonlarında qeydiyyatda olan sakinlərinə xidmət göstərir. Bundan başqa, səyyar avtobus xidmətlərimiz də var ki, Goranboy və Naftalan şəhər sakinlərinə də xidmət göstərir. Mustafayeva Tuyğun xanımın şəxsiyyət vəsiqəsilə bağlı müraciət qəbul olunanda əməkdaşlarımız dərhal mobil səyyar vasitəsilə xanımın ünvanına gələrək sənədlərini qəbul etdilər. Bu gündə artıq xanımın şəxsiyyət vəsiqəsi hazırdır. Buraya gəlişimizin də məqsədi həmin vəsiqəni təqdim etmək idi”.

Əlaqədar

Bərdəli qadın dünya rekorduna imza atmaq fikrindədir
Teqlər:
ASAN Xidmət, qadın, şəxsiyyət vəsiqəsi, Bərdə

Əsas mövzular