CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayonlara avtobusla getmək istəyənlərə şad xəbər: çox rahat olacaq - Foto

© Sputnik / Irade JELILBakı Beynəlxalq Avtovağzalı
Bakı Beynəlxalq Avtovağzalı - Sputnik Azərbaycan
Abunə olmaq
Bircə şərt var - bileti yola düşməyi planlaşdırdığınız saatda deyil, daha öncədən alın

BAKI, 9 avqust — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayramla əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu neoplanlar da cəlb edib.

© © BBAK-nin mətbuat xidmətiBakı Beynəlxalq Avtovağzal Kompleksi bayramla əlaqədar iritutumlu neoplanlar cəlb edib
Rayonlara avtobusla getmək istəyənlərə şad xəbər: çox rahat olacaq  - Foto - Sputnik Azərbaycan
Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayramla əlaqədar iritutumlu neoplanlar cəlb edib

Bu barədə Sputnik Azərbaycan-a Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib: "Bayramla əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu "Neoplan"lar da cəlb olunub. Bu da öz növbəsində sərnişinlərin komfortlu və rahat gedişini təmin etməyə yardımçı olacaq. Sərnişinlərdən xahiş edirik ki, səfər etmək istədikləri istiqamətlərə bilet almaq üçün yola düşməyi planlaşdırdıqları saatda deyil, daha öncədən gəlib biletləri əldə etsinlər".

Xəbər lenti
0