CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə istədiyinə çatdı, Amerika ilə birgə Suriyada əməliyyat başlayır

© REUTERS / Dado RuvicTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Əsas vəzifə Fərat çayından şərqdə bu addımın atılması idi. Bu da indi amerikalılarla birgə həyata keçirilir

BAKI, 8 avqust — Sputnik. "Birləşmiş Ştatlarla birgə hərəkat mərkəzinin qurulması qərarı verilib". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fərat çayının şərqində mümkün əməliyyata dair sualı cavablandırarkən bildirib.

"Türkiyə Müdafiə Nazirliyi ilə ABŞ heyəti arasında 3 gün davam edən danışıqlar baş tutdu. Bu danışıqlar olduqca səmərəli istiqamətdə davam etdi. Bu danışıqlar yenə davam etdiriləcək, ancaq indi bir addım atılır. Konkret tarix açıqlamayacağam, ancaq amerikalılarla bir hərəkat mərkəzinin qurulması qərarı verildi. Bu hərəkat mərkəzinin qurulması ilə bütün bir proses başlayacaq. Addımlar birgə atılır. Əsas vəzifə Fərat çayından şərqdə bu addımın atılması idi. Bu da indi amerikalılarla birgə həyata keçirilir".

Xatırladaq ki, avqustun 6-ı Ankarada keçirilən 11-ci səfirlər konfransında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə çox yaxın vaxtda Suriyanın şimalında hərbi əməliyyatlara başlayacaq: ""Türkiyə çox yaxın vaxtda Suriyanın şimalında hərbi əməliyyatlara başlayacaq. Bu gün Türkiyə Suriyanın şimalında əməliyyatlara başlamasa, o zaman gələcəkdə daha ağır bədəl ödəyəcək. Suriyanın şimalında terror bataqlığını qurutmaq ölkəmizin ən önəmli məsələlərindən biridir. "Fərat Qalxanı" və "Zeytun Budağı" ilə başlatdığımız sülh prosesi inşallah çox yaxında fərqli bir səviyyəyə keçəcək. Türkiyənin təhlükəsizliyi NATO-nun və bütün bölgəmizin təhlükəsizliyi deməkdir".

Xəbər lenti
0