CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Röya Ayxandan Abbas Bağırova maraqlı sual: "Axşam..."

Abunə olmaq
Röya Tolikin suallarını cavablandıraraq, rayon toylarına niyə getmədiyini açıqlayıb

BAKI, 8 avqust — Sputnik. Prodüser Tarix Əliyev (Tolik) müğənni Röyanın videosunu sosial şəbəkədə yayımlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Röya Tolikin suallarını cavablandıraraq, rayon toylarına niyə getmədiyini açıqlayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Tolik (@aliyevtarix)

"Bayağı mahnılar çoxdur, bəyənən də, bəyənməyən də var. Ən böyük hakim xalq, yoxsa, müğənnilərdir?" sualına Röya belə cavab verib:

"Xalq məni sevmir guya? Bəs, mən rayon toylarına necə gedim? Necə onların yanında olum? Onlar ona güvənir, gücü çatır. Biz rayonlara getsək, oxusaq, mahnılarımız seçilməyəcək. Bayağı nəyə deyirsiz?".

Əməkdar artist Abbas Bağırov isə "Mahnıları hind tərzində oxunan bütün musiqilər bayağıdır. Bizim milli notlarımız var" deyə bildirib. Videonun sonunda Röya Abbas Bağırova mövzuya aidiyyəti olmayan sualla müraciət edir.

Qeyd edək ki, aparıcı Tolik paylaşımına "Səni sən edən kimlərsə yox Xalq oldu. Yalandan titullarınla yox, mahnılarla ürəklərdə məskən saldın! Bu gün də bəzilərinin yuxularındasan, çünki Röyasan." Fikirlərini əlavə edib.

Xəbər lenti
0