01:15 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
34 0 0

İkinci yeri Rusiya komandası tutub

BAKI, 7 avqust — Sputnik. “Dəniz kuboku - 2019” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində hərbi dənizçilər “Xilasetmə vasitələrinin istifadəsi” tapşırıqlarını  yerinə yetiriblər.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələnin də qalibi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası olub.

  • Dənizçilərimiz “Dəniz kuboku - 2019” müsabiqəsinin növbəti epizodunun da qalibi olub
    Dənizçilərimiz “Dəniz kuboku - 2019” müsabiqəsinin növbəti epizodunun da qalibi olub
    © AR Ministry of Defense

1 / 4
© AR Ministry of Defense
Dənizçilərimiz “Dəniz kuboku - 2019” müsabiqəsinin növbəti epizodunun da qalibi olub

Qərara əsasən, Azərbaycan hərbi dənizçiləri birinci, Rusiya ikinci, Qazaxıstan üçüncü, İran isə dördüncü yerə layiq görülüb.

Dünən isə “Dəniz kuboku - 2019” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri “Gəminin dayanıqlılığı uğrunda mübarizə” üzrə yarışda “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu  yerinə yetiriblər.

Ekipajlar bu epizodda gəminin təhlükəsizliyinin təmin edilməsi, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər. 

Beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələdə Azərbaycan 40 balla birinci, İran 34 balla ikinci, Qazaxıstan 31 balla üçüncü, Rusiya komandası isə 30 balla dördüncü yerə layiq görülüb.

Əlaqədar

Bakıda “Dəniz kuboku-2019”un təntənəli açılış mərasimi keçirilib - VİDEO
Teqlər:
Xəzər dənizi, Bakı, kubok, oyunlar, hərbi, gəmi

Əsas mövzular