CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Rus çimərliyi" barədə əhaliyə xəbərdarlıq - Video

© Sputnik / Zulfiyya Quluyeva"Rus çimərliyi" adlanan çimərlik
Rus çimərliyi adlanan çimərlik - Sputnik Azərbaycan
Abunə olmaq
Nardaranla Bilgəhin arasında yerləşən çimərlik insan həyatı üçün təhlükəlidir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Bakıda elə çimərliklər var ki, orada çimmək insan həyatı üçün birbaşa təhlükədir.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili məlumat verib. O bildirib ki, Nardaranla Bilgəhin arasında yerləşən çimərlik insan həyatı üçün təhlükədir: "Bu çimərlik camaat arasında "Rus çimərliyi" adlanır. Bizim qurumun əməkdaşları həmin çimərlikdə çimməyin insanların həyatı üçün ciddi təhlükə yaratdığını əks etdirən dəmir lövhələr quraşdırıblar. Amma bu qadağaya məhəl qoyan yoxdur. Hər il çimərlik mövsümündə burada xeyli sayda insan boğulur. Bizim qurumun əməkdaşları su altına baxış keçirirlər. Yeraltı su axını olan, qayalıqlar olan yerlərdə çimməyin qadağan olduğu bildirilib. Çox təəssüf ki, bu qadağalara məhəl qoyulmur. Bu gün də əhali təhlükəli olan "Rus çimərliyi"ndə çimməyə davam edir".

Qeyd edək ki, nəzarətsiz çimərliklərdə bu il 28 nəfər həyatını itirib.

Xəbər lenti
0