CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yollardakı ölüm ağacları niyə budanmır - SƏBƏB

© Sputnik / Nigar IskanderovaGüclü külək nəticəsində qırılan ağac
Güclü külək nəticəsində qırılan ağac - Sputnik Azərbaycan
Abunə olmaq
Bir nəfərin ağır xəsarət almasına, iki nəfərin yaralanmasına səbəb olan olaylara biganəlik davam edir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. Ötən ay Şəki Xan Sarayında 500 yaşı olan çinar ağaclarından birinin budağının qırılaraq turistlərin üzərinə düşməsi belə küləkli hava şəraitində ağacların budanması məsələsini xüsusilə gündəmə gətirib. Bu gün paytaxtın bir neçə ərazisində ağaclar uzun müddətdir ki, budanmır. Paytaxtın "20 Yanvar" metrostansiyasının yaxınlığından çəkdiyimiz bu kadrlar da onu deyir. Uzun müddətdir ki, budanmayan ağaclar aşaraq məhlədaxili yolda giriş-çıxışı kəsir. Buna bənzər digər vəziyyət isə Bakı Dövlət Universitetinin digər giriş qapısının qarşısına yaxın bir ərazidə müşahidə olunur. Həmin ərazidəki ağac uzun müddətdir ki, tamamilə aşağı doğru əyilmiş vəziyyətdə olsa da, təəssüflər olsun ki, bu məsələ kimisə narahat etməyib.

© Sputnik / Nigar IskanderovaGüclü külək nəticəsində qırılan ağac
Yollardakı ölüm ağacları niyə budanmır - SƏBƏB - Sputnik Azərbaycan
Güclü külək nəticəsində qırılan ağac

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ağacların budanması üçün indiyədək Bakı Dövlət Universitetindən onlara hansısa müraciət daxil olmayıb. O bildirir ki, baş verə biləcək hadisələrin qarşısının alınması üçün onlara rəsmi müraciətin edilməsi vacibdir: "Bu gün ərzində bizə 15-dək rəsmi müraciət daxil olub".

Bu isə o deməkdir ki, rəsmi müraciət daxil olmazsa, hansısa ağac budanmayacaq.

Xatırladaq ki, xoşbəxtlikdən ötən gün baş verən belə bənzər hadisələrdə ölən olmasa da, xəsarət alanlar olub.

Belə ki, ötən gün Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, güclü küləyin əsməsi nəticəsində Sumqayıtın 12-ci mikrorayon ərazisində ağac budaqlarının sınması 10 yaşlı qızın xəsarət almasına səbəb olub. Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub. Məlumata görə, hazırda həmin xəstə xəstəxananın reanimasiya şöbəsindədir.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, ötən günkü hava şəraiti ilə əlaqədar olaraq ümumi xəstəxanalara 3 belə müraciət daxil olub. Xəsarət alanlardan ikisi evə buraxılıb.

Xəbər lenti
0