CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ətin bahalaşmasının obyektiv və subyektiv səbəbləri

© Sputnik / Irade JELILQurbanlıq bazarı
Qurbanlıq bazarı  - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Ət satışı ilə məşğul olan bəzi sahibkarlar bayram vaxtı əti daha yüksək qiymətə satmaq istəyirlər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. "Bizim monitorinqlər göstərir ki, Azərbaycanda ətin qiymətinin artmasının iki səbəbi var. Birincisi, Gürcüstanda ətin qiymətinin bahalaşmasıdır, ikincisi isə Qurban bayramı ilə bağlı ətə olan tələbatın artmasıdır".

Жертвенные бараны на праздник Гурбан Байрам - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlik Qurban bayramı ilə əlaqədar yeniliklər edəcək

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanda ətin qiymətinin artmasından danışarkən Sputnik Azərbaycan-a deyib.

O qeyd edib ki, Gürcüstanda larinin dollara nisbətən ucuzlaşmasına baxmayaraq, qiymətlərdə artımlar var. Bu da Gürcüstandan ixrac olunan və bizim idxal etdiyimiz məhsulların, eləcə də ətin qiymətinə təsir göstərməkdədir.

Ekspertin sözlərinə görə, Azərbaycanda ət məhsullarına olan tələbat yerli istehsal hesabına tam ödənilmir. İstehlak olunan ət məhsullarının bir qismi ölkəyə xaricdən gətirilir. Bu səbəbdən də qonşu ölkələrdəki qiymət artımı birbaşa Azərbaycanda ətin qiymətinə təsir göstərir.

Bayramov deyib ki, ət satışı ilə məşğul olan bəzi sahibkarlar qarşıdan Qurban bayramının gəlməsilə əlaqədar olaraq, ət satmırlar. Onlar bayram vaxtı əllərindəki əti daha yüksək qiymətə satmaq istəyirlər: "Bu gün paytaxtı ətlə təchiz edən rayonlarda təklifin azalması müşahidə olunur, amma tələb dəyişməyib. Ət satışı ilə məşğul olanların bir qismi öz iri və xırdabuynuzlu heyvanlarını Qurban bayramında daha yüksək qiymətə satmaq istəyir. Odur ki, əti bazara çıxarmır və bu da qiymətə təsir göstərir".

Жертвенные бараны на праздник Гурбан Байрам - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qurban bayramı ilə bağlı əhaliyə xəbərdarlıq

Ekspert, ümumiyyətlə Azərbaycanda bayramlar ərəfəsində hər zaman süni şəkildə qiymətlərin artmasını müşahidə etdiyini vurğulayıb. Qeyd edib ki, adətən bayramlar vaxtı artan qiymət əksər hallarda sonradan aşağı düşmür. Odur ki, müvafiq dövlət qurumları qiymətlərin tənzimlənməsinə çalışmalıdır:

"Dövlət Qurban bayramı ərəfəsində ətin qiymətindəki artımları tənzimləyə çalışmalıdır. Yəni bazar qaydaları çərçivəsində qiymət artımlarına imkan verməməli, qiymətin optimallaşmasına nail olmalıdırlar. Əks təqdirdə, Qurban bayramında artan qiymətlər sonrakı dövrdə də yüksək olaraq qala bilər".

KİV-in yazdığına görə, Gürcüstanda mal ətinin qiymətində 2 lari bahalaşma olub. Bir ay bundan qabaq kiloqramı 18 lari (10,4 manat) olan mal əti hazırda 20 lariyə (11,5 manat) təklif olunur. Mağazalarda isə ətin qiyməti 21 lari (12 manat) təşkil edir. Gürcüstanda ətin bahalaşması bu məhsulun çatışmazlığı və xarici ölkələrə diri mal-qaranın ixracı ilə əlaqələndirilir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 12-13 avqust tarixlərində ölkəmizdə Qurban bayramı qeyd olunacaq. Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası keçiriləcək. Sosial dəstək mahiyyəti daşıyan "Kənddən Şəhərə" yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır.

Restoran mətbəxində ət parçası, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
“Kabab qanlı, igid...” – Yediyimiz ət heç də yerli məhsul deyilmiş

Bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək. "Kənddən Şəhərə" satış yarmarkasına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib.

Onu da deyək ki, 2019-cu ilin ilk yarısında Azərbaycanda heyvandarlıq məhsullarının istehsalında ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3% artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 min ton diri çəkidə ət istehsal olunub. Heyvandarlıq məhsullarının həcmində 2,9% artım (1,9 mlrd. manat) müşahidə edilib.

Xəbər lenti
0