20:36 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
23 0 0

Rayonlarda da külək güclənib

BAKI, 5 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, avqustun 5-də səhər saatlarından başlayaraq Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, küləyin sürəti Bakıda və Sumqayıtda 35-40 m/s, Qum adasında 34 m/s, Maştağada 35 m/s, Pirallahıda 24 m/s, Çilov adası, Binə və Ələtdə 28 m/s, Zabratda 22 m/s, Neft daşlarında 27 m/s-dək güclənib. Qeyd olunub ki, dənizdə dalğanın hündürlüyü 6,5 metrdir.

Rayonlarda isə qərb küləyi Naftalanda 34 m/s, Tərtərdə 32 m/s, Neftçalada 30 m/s, Bərdə, Zərdab, Tovuzda 22 m/s, Yevlax, Nabran, Cəncədə 20 m/s,  Mingəçevirdə 19 m/s, Ağdam, Ağstafa, Xaçmazda 18 m/s-ə çatıb.

Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti, Azərbaycan, hava, külək

Əsas mövzular