CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün çox diqqətli olun - Umayra Tağıyevadan hava ilə bağlı xəbərdarlıq

© pixabay / Roberto BarresiGüclü külək, sahilə çırpılan dalğalar
Güclü külək, sahilə çırpılan dalğalar - Sputnik Azərbaycan
Abunə olmaq
Açıq dənizdə dalğanın hündürlüyünün 6-8 metrədək qalxması təhlükəsi var

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. "Bakı və Abşeron yarımadasında güclü küləyin sürətinin saniyədə 30-35 metrədək güclənməsi gözlənilir. Açıq dənizdə isə dalğanın hündürlüyünün 6-8 metrədək qalxması təhlükəsi var".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva  məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində bu ayın 5-dən gözlənilən güclü külək haqqında xəbərdarlıqlar tərtib olunub və bütün əlaqədar qurumlara, eləcə də KİV-ə təqdim olunub: "Xəbərdarlıqda göstərilib ki, avqustun 5-dən səhər saatlarından başlayaraq 8-nə qədər ölkə ərazisində hava şəraiti küləkli olacaq.  Küləyin maksimum sürəti bu günə, ayın 5-nə gözlənilir. 

Женщина во время сильного ветра, вызванного тайфуном в Токио, Япония - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda külək yenə güclənəcək
Bakıda və Abşeron yarımadasında küləyin 23-28 m/san-dək, yarımadanın bəzi ərazilərində isə 30-35 m/san-dək güclənməsi gözlənilir. Abşeron yarımadasında  yerləşən Hidrometeoroloji stansiyalardan daxil olan məlumata əsasən, hal-hazırda küləyin maksimal sürəti 28 m/san təşkil edir. Dalğanın açıq dənizdə hündürlüyü 2,5 metrdir. Gün ərzində ən əlverişsiz və ən güclü külək davam edəcək.  Buna görə də açıq dənizdə dalğanın hündürlüyünün 6-8 metrədək qalxacağı gözlənilir. Sabah isə küləyin gücü azalacaq. Sürətinin saniyədə 13-18, arabir 20 metr olacağı gözlənilir. Belə havada əhali diqqətli olmalıdır. Tikinti aparılan ərazilərdən aralı keçmək tövsiyə edilir. Avtomobillərin ağacların altında saxlanılması yolverilməzdir. Çünki iri ağacların budaqları güclü küləklə əlaqədar zədələnə və qırıla bilər. Havanın küləkli olmasına görə dənizdə çimmək də məsləhət deyil".

U. Tağıyeva qeyd edib ki, mövcud hava şəraiti Bakı və Abşeron üçün xarakterikdir. Havanın dəyişməsi şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisindən keçməsi ilə əlaqədardır. Hazırda küləyin güclənməsi müşahidə olunur.

Xəbər lenti
0