CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava ilə bağlı növbəti xəbərdarlıq

CC0 / Free-Photos / GirlВолосы девушки развеваются на ветру
Волосы девушки развеваются на ветру - Sputnik Azərbaycan
Abunə olmaq
Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib

BAKI, 5 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Bakıda avtobus dayanacağı - Sputnik Azərbaycan
Nəqliyyat Agentliyi sərnişinlərin istəyini yerinə yetirdi

BNA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilir: "Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər. Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik".

Xəbər lenti
0