CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə ilə viza rejiminin ləğvi bizə nə qazandıracaq

© AP Photo / Emrah GurelTürk bayrağı fonunda Ərdoğanın şəkli
Türk bayrağı fonunda Ərdoğanın şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə şirkətlərinin də Azərbaycan iqtisdiyyatına yatırımları 14 milyard dolları keçməkdədir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Dünəndən etibarən Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə qərar verib. Sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər. Ekspertlər Azərbaycanın qardaş ölkə ilə viza rejimini aradan qaldırmasının ölkəmiz üçün bir sıra üstünlüklər vəd etdiyini söyləyirlər.

Ежегодная большая пресс-конференция президента РФ В. Путина - Sputnik Azərbaycan
Azərbaycandan sonra Putindən də viza qərarı

Turizm üzrə ekspert, Azərbaycan Turizm Assosasiyasının müşaviri Müzəffər Ağakərimov deyir ki, Türkiyə tərəfi Azərbaycan vətəndaşları üçün viza rejimini təktərəfli şəkildə 2007-ci ildə ləğv edib: "Viza rejiminin ikitərəfli ləğvi hər iki ölkə arasında turistlərin sərbəst gəliş-gedişini təmin edəcək. Nəzərə alsaq ki, Azərbaycan vətəndaşlarının da Türkiyədə vizasız qalma müddəti 30 gündür, o zaman turistlər istər Azərbaycanda, istərsə də Türkiyədə rahatlıqla istirahət edə biləcəklər. Onsuz da səyahət üçün başqa ölkələrə gedən turistlər ən çoxu iki həftə müddətində həmin ölkədə qalırlar. Hesab edirəm ki, vizanın Türkiyə vətəndaşları üçün ləğv edilməsi bu ölkədən Azərbaycana gələn turistlərin sayını artıracaq. Çünki Türkiyə qardaş ölkədir. Bu ölkə ilə viza rejiminin ikitərəfli aradan qaldırılması zaman-zaman müzakirə mövzusu olub. Son bir neçə ildir ki, Azərbaycanda turizmin inkişafı istiqamətində dövlət siyasəti həyata keçirilir. Düşünürəm ki, bu da həmin istiqamətdə aparılan səmərəli fəaliyyətin bir hissəsidir. Turizmin inkişafı baxımından Türkiyə üçün viza rejiminin aradan qaldırılması çox müsbət haldır".

Millət vəkili Musa Quliyev - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xaricdən gələn həkimlər arasında turist vizası ilə gəlib burada işləyənlər var

Millət vəkili Tahir Mirkişili isə deyir ki, 2019-cu ilin 6 ayı ərzində iki qardaş ölkə arasında ticarət dövriyyəsi 35% artıb: "Azərbaycanın Türkiyəyə ixracı 2 dəfəyə yaxın artıb. Həm xarici ticarət dövriyyəsində, həm də Azərbaycanın ixracında Türkiyə 2-ci ölkədir. Digər tərəfdən 2020-ci ildə Azərbaycanın Türkiyəyə yatırdığı xarici investisiyanın həcmi 20 mlrd dollara çatacaq ki, hazırda da Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir. Türkiyə şirkətlərinin də Azərbaycan iqtisdiyyatına yatırımları 14 milyard dolları keçməkdədir. Bu rəqəmlər və eyni zamanda birgə həyata keçirilən enerji, nəqliyyat layihələri hər iki ölkənin iqtisadiyyatlarının getdikcə daha çox inteqrasiya olunduğunu deməyə imkan verir. Türkiyə vətəndaşları üçün sadələşdirilimiş visa rejiminin ləğv olunması yeni mərhələyə qədəm qoymuş iqtisadi əlaqələrin daha sürətlə inkişafına dəstək olacaq. Ümumiyyətlə təcrübə göstərir ki, insanların maneəsiz hərəkəti ölkələr arasında kapitalın da sürətli hərəkətinə təkan verir və bu isə öz növbəsində iqtisadiyyatın dinamik inkişafını təmin edir".

Американская виза, фото из архива - Sputnik Azərbaycan
ABŞ-a viza üçün müraciət edənlərə "sürpriz"

Deputat deyir ki, digər tərəfdən, 2019-cu ilin 6 ayının yekunlarına görə Azərbaycana səfər edən turistlərin sayının 12%-ni Türkiyə vətəndaşları təşkil edir: "Azərbaycanın turizm potensialı getdikcə artır, ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının sayı artır. Düşünürəm ki, viza rejiminin ləğvi Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayının artmasına müsbət təsir edəcək. Bu istiqamətdə mövcud potensialdan daha çox istifadə etmək imkanı mövcuddur. Ümumilikdə, Azərbaycanın dövlət idarəetməsində çevik məlumat bazalarının formalaşması və müasir texnologiyaların tətbiqi həm viza sistemlərinin asanlaşdırılmasına, həm də bir çox ölkələr üçün vizasız gediş gəliş sisteminin tətbiqinə imkan yaratmaqla yanaşı, milli təhlükəsizliyin də qorunmasına şərait yaradır".

Məlumat üçün qeyd edək ki, 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 mln-a çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 mln xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5% çox qonaq deməkdir. Türkiyədən gəlmiş qonaqların sayı 3.7% artaraq toplam 148 minə çatıb.

Xəbər lenti
0