CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzər gəmini uddu, "Tufan" həyat qurtardı

© Official website of President of Azerbaijan Republicİlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub
İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub - Sputnik Azərbaycan
Abunə olmaq
Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən "Tufan" tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib

BAKI, 26 iyul — Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) İran gəmisinin Xəzərdə batması ilə bağlı məlumat yayıb. 

DSX-nin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün saat 14:15-də xidmətin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən "Tufan" tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

Xəbər lenti
0