CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı polisi hərəkətə keçdi - "Buna göz yuma bilmərik"

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Проблема безопасности на дорогах и меры по просвещению граждан о правилах дорожного движения"
Пресс-конференция на тему Проблема безопасности на дорогах и меры по просвещению граждан о правилах дорожного движения - Sputnik Azərbaycan
Abunə olmaq
Polisdən bu əmələ göz yumulmasını tələb etmək ictimai məsuliyyətsizliyi təşviqdan başqa heç nə deyil..."

BAKI, 26 iyul — Sputnik. "Polisin küçə ticarəti ilə mübarizə tədbirlərinin keçirilməsində əsas məqsəd cəmiyyəti bu məsələdə həssas olmağa səfərbər etməkdir. Küçə ticarətinə qarşı ictimai baxış dəyişməlidir".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev danışıb.

Onun sözlərinə görə, ictimai fikir qanunsuz küçə ticarətini ümumi qəbul olunan davranış normaları çərçivəsində görə bilməz: "Çünki konkret səbəblər var: küçə ticarəti insan sağlamlığına zərər vurur, ətraf mühitin çirklənməsinə, epidemioloji təhdidə, vergidən yayınmaya şərait yaradır. Bununla bağlı suallara bu sahənin mütəxəssisləri cavab verməklə, cəmiyyəti məlumatlandıra bilərlər".

E.Hacıyev əlavə edib ki, küçə ticarəti ilə bağlı polisin tədbirlərini ictimai müzakirəyə çıxaran bəzilərinin subyektiv fikirləri ziddiyyətli yanaşmanın nümunəsidir və ənənəvi populizmdir: "Sağlam məntiq, sağlam düşüncə polisin qanunla üzərinə düşən vəzifələrinin yerinə yetirməsini ictimai qınaq obyektinə çevrilməsinə çalışa bilməz. Polisdən bu əmələ göz yumulmasını tələb etmək ictimai məsuliyyətsizliyi təşviqdan başqa heç nə deyil..."

Xəbər lenti
0