CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkələrdə narkomaniyaya qarşı daha bir tədbir

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidFacebook sosial şəbəkəsi
Facebook sosial şəbəkəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu iş, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu tərəfindən həyata keçiriləcək

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Narkomaniyaya qarşı sosial şəbəkələrdə yeni səhifələr açılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Proqramda qeyd edilir k, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının internet saytının təkmilləşdirilməsi, mobil versiyasının hazırlanması, sosial şəbəkələrdə yeni səhifələrin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsi 2020-ci ilə qədər təmin ediləcək. Bu iş, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu tərəfindən həyata keçiriləcək.

Xəbər lenti
0