CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Arxeoloqlar Qarabağdan qayıtdılar, axır sözü radiasiya mütəxəssisi deyəcək

© Sputnik / Musa Muradli3 saylı Əmirli yaşayış yeri Qarabağ düzənliyinin şimal hissəsində yerləşir
3 saylı Əmirli yaşayış yeri Qarabağ düzənliyinin şimal hissəsində yerləşir - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı arxeoloqların növbəti hədəfi ən cənub neolit dövrü abidəsidir

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. "Qarabağ neolit-eneolit ekspedisiyası" 2019-cu il çöl-tədqiqat planına əsasən, may-iyun aylarında Aran Qarabağ ərazisində arxeoloji tədqiqat işlərini yekunlaşdırıb. Bu barədə ekspedisiyanın rəisi, tarix elmləri üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə məlumat verib: "2019-cu ildə arxeoloji kəşfiyyat işləri əsasən Bərdə və Füzuli rayonları ərazisində aparılıb, Ağdam rayonu ərazisində yerləşən bir çox abidədə isə monitorinq işləri həyata keçirilərək, onların mühafizə vəziyyəti yoxlanılıb. Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunub, müxtəlif dövrlərə aid arxeoloji abidələr elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilib".

Международная археологическая экспедиция обнаружила артефакты энеолита на территории Геранбойского района - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şamaxıda peyğəmbərin yaxın silahdaşının məzarı aşkarlanıb

Tarixçi alim bildirib ki, Xaçınçay-Tərtərçay vadisində aşkar edilmiş neolit dövrü abidələrində arxeoloji kəşfiyyat qazıntılarının aparılması bu il də davam etdirilib. Belə ki, bu tədqiqat mövsümündə 3 saylı Əmirli neolit dövrü yaşayış məskənində arxeoloji qazıntı işləri aparılıb.

"Qazıntılar nəticəsində burada neolit dövrünə aid mədəni təbəqənin qalınlığının təxmiən 2 m olduğu müəyyənləşdirilib. Memarlıq nümunələri dairəvi və oval plan quruluşuna malik, samansız çiy kərpiclə inşa edilmiş yarımqazma və yerüstü tikililərdir. Qədim yaşayış məskəninin mövcud olduğu dövrdə baş vermiş iqlim dəyişkənliyi və bu prosesin insanların həyat tərzinə necə təsir etdiyi haqqında dəqiq ümumiləşdirmələr aparmaq üçün müxtəlif dərinliklərdən torpaq nümunələri götürülüb. Həmin nümunələr əsasında AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya, Geologiya və Geofizika İnstitutlarının müvafiq laboratoriyalarında paleontoloji analizlər aparılacaq. 3 saylı Əmirli yaşayış yerinin mövcud olduğu xronoloji çərçivənin müəyyənləşdirilməsi istiqamətində də tədqiqatlar aparılıb. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) kiçik elmi işçisi, "Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupunun üzvü Aybəniz Əhədova qazıntılarda iştirak edərək nümunələr götürüb və nümunələrin götürüldüyü nöqtələrdə radiasiya fonunu ölçüb", - deyə həmsöhbətimiz bildirib.

© Sputnik / Musa Muradli"Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupunun üzvü Aybəniz Əhədova
Arxeoloqlar Qarabağdan qayıtdılar, axır sözü radiasiya mütəxəssisi deyəcək - Sputnik Azərbaycan
"Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupunun üzvü Aybəniz Əhədova

"Qarabağ neolit-eneolit ekspedisiyası"nın rəisinin dediyinə görə, götürülmüş nümunələrin termolüminessensiya və elektron paramaqnit rezonans metodlarının tətbiqilə müvafiq analizləri aparılaraq onların şərti yaşları təyin olunacaq.

"3 saylı Əmirli yaşayış yeri Qarabağ düzənliyinin şimal hissəsində yerləşir və onun tədqiqatı ümumilikdə Qarabağ düzənliyində neolit mədəniyyətinin təşəkkülü, bu mədəniyyətin yayılma istiqamətləri və mərhələləri, Qarabağ neolitinin xronoloji çərçivəsinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir", - deyə tarixçi alim Xəqani Alməmmədov vurğulayıb.

Ekspedisiya rəhbəri əlavə olaraq onu da bildirib ki, AMEA Rəyasət Heyətinin Qarabağın işğaldan azad edilmiş ərazilərində arxeoloji tədqiqat işlərinin aparılması haqqında 11 iyun 2014–cü il tarixli 12/1 saylı qərarına əsasən, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş ərazilərində də arxeoloji kəşfiyyat işləri aparılıb.

Təmim əd-Darinin məzarı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Köhnə məscid və məzar – Peyğəmbərin silahdaşı, yoxsa mif

"Qeydiyyata alınmış abidələrin əksəriyyəti müharibə səbəbindən böyük dağıntılara məruz qalıb. Aparılan kəşfiyyat işləri nəticəsində müxtəlif dövrlərə aid onlarla arxeoloji, tarixi-memarlıq abidəsi qeydiyyata alınaraq xəritələşdirilib. Ekspedisiya tərəfindən aşkar edilmiş neolit dövrünə aid Horadiz yaşayış yeri ekspedisiyanın əsas tədqiqat obyekti olaraq seçilərək onun ərazisində topoqrafiq ölçmə işləri aparılıb. Növbəti tədqiqat mövsümündə burada genişmiqyaslı arxeoloji qazıntı işlərinin aparılması planlaşdırılır. Horadiz yaşayış yeri Qarabağ bölgəsində qeydiyyata alınmış bizə məlum olan ən cənub neolit dövrü abidəsidir", - deyə X.Alməmmədov gələcəkdə görülməsi planlaşdırılan işlər barədə də məlumat verib.

Xəbər lenti
0