CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sosial şəbəkələr insan alverçilərinin əlində ən effektli vasitədir"

© Sputnik / Murad OrujovGənc qadın, arxiv şəkli
Gənc qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Fahişəliklə məşğul olan azərbaycanlı qadınların Türkiyəyə daha çox üstünlük verməsinin digər səbəbi bu ölkəyə ucuz marşurutun olmasıdır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. "Son məlumatlara görə, Azərbaycandan Türkiyəyə gedərək fahişəliklə məşğul olanların çoxu insan alveri qurbanlarıdır. Əvvəllər seks marşrutu kimi ərəb ölkələri üstünlük təşkil edirdisə, indi bu marşrut Türkiyə ilə əvəzlənib". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib. O, söyləyib ki, fahişəliklə məşğul olan qadınların Türkiyəyə daha çox üz tutmasının bir neçə səbəbi var: "Əsas səbəblərdən biri bu ölkədə seks xidmətinə tələbatın olması, tələb-təklif məsələsidir. Türkiyəyə turistlərin axını "qədim peşə" sahiblərinə tələbatı artırır. Fahişəliklə məşğul olan azərbaycanlı qadınların Türkiyəyə daha çox üstünlük verməsinin digər səbəbi bu ölkəyə ucuz marşrutun olmasıdır. Körfəz ölkələrinə getmək çox xərc tələb etdiyindən, indi həmin ölkələrə seks xidməti üçün üz tutanlar o qədər də çox deyil. Türkiyəyə isə İran və Gürcüstan üzərindən quru yolla ucuz marşrut mövcuddur. Bu da həmin ölkəyə axına təkan verən səbəblərdəndir".

Türkiyədə həbs - Sputnik Azərbaycan
Qadınları fahişəliyə məcbur edən dəstə üzvləri saxlanılıb

M.Zeynalova onu da qeyd edib ki, əvvəllər insan alverçiləri özləri fahişəliyə cəlb edilənləri müşayiət edirdilərsə, indi onları qarşılamağa üstünlük verirlər.

Birlik sədri insan alverçilərinin toruna düşən qurbanların fahişəliyə əsasən internet üzərindən cəlb edildiyini bildirir. Onun sözlərinə görə, sosial şəbəkələr insan alverçilərinin əlində bunun üçün ən effektli vasitədir. Onlar Azərbaycandan qurbanları bəzən iş, bəzən isə ailə qurmaq adı altında aldadaraq Türkiyəyə dəvət edirlər. Daha sonra isə cinsi istismara məruz qoyaraq insan alveri qurbanına çevirirlər.

M.Zeynalova bildirir ki, Türkiyə ilə Azərbaycan arasında insan alverinə qarşı tərəfdaşlıq memorandumu olduğundan, insan alveri qurbanı olan şəxsin təhlükəsizliyi təmin edilir: "İnsan alveri qurbanları bəzən qurban olduqlarını gizlədirlər. Onlar insan alverçilərindən ehtiyat edərək bunu gizli saxlayır, könüllü bu işlə məşğul olduqlarını söyləyirlər. Bu zaman həmin şəxslər insan alverinə qarşı mübarizə aparan qurumlarla əməkdaşlıq etmək istəmirlərsə, onlara düşünmək üçün bir ay vaxt verilir. Əgər könüllü olaraq əməkdaşlıq üçün razılıq vermirlərsə, onların barəsində cinayət işi başlanılmır. Həmin şəxslər ölkəyə deportasiya olunur. Təkrar həmin ölkəyə girişlərinə dair müəyyən müddətə məhdudlaşdırıcı qərar qəbul edilir".

Donald Tramp - Sputnik Azərbaycan
Donald Tramp fahişələri internetdən qovur

Birlik sədri onu da vurğulayıb ki, bu gün azərbaycanlı qadınların seks xidməti üçün Türkiyəyə üz tutmasının bir səbəbi də onların həmin ölkədə fəaliyyətinin məxfi qalmasıdır: "Fahişəliyi özünə sənət seçənlər bəzən öz ölkələrində açıq şəkildə bu peşə ilə məşğul olmaqdan çəkinirlər. Xarici ölkələrdə isə onları tanıyan olmadığından, sərbəst fəaliyyət göstərirlər".

Xatırladaq ki, ötən gecə Türkiyənin paytaxtı Ankaranın Nallıhan rayonunda polis fahişəliyə qarşı keçirdiyi əməliyyat zamanı 17 nəfəri saxlayıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, saxlanılanlardan dördü azərbaycanlıdır. Bildirilib ki, qadınlar sənədləşmə işləri başa çatdıqdan sonra ölkələrinə deportasiya olunacaq. Bir müddət əvvəl də Türkiyənin Trabzon bölgəsində fahişəliklə məşğul olan üç azərbaycanlı qadın saxlanılmışdı.

Xəbər lenti
0