CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN-ə yeni mətbuat katibi təyin edildi - AÇIQLAMA

© Sputnik / Irade JELILMehdiyeva Gülçin
Mehdiyeva Gülçin - Sputnik Azərbaycan
Abunə olmaq
Baş zabit Gülçin Mehdiyeva daha əvvəl əhalinin maairfləndirilməsi və təbliğat işi ilə məşğul olub

BAKI, 24 iyul — Sputnik. FHN-ə yeni mətbuat katibi təyin olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə FHN-nin İctimaiyyətlə əlaqə idarəsinin baş zabiti Gülçin Mehdiyeva gətirilib. O, daha əvvəl şöbədə əhalinin maairfləndirilməsi və təbliğat işi ilə məşğul olub.

Gülçin Mehdiyeva açıqlamasında bidlirib ki,  uzun illərdir bu şöbədə çalışır: “Düzü bu təyinatı gözləmirdim. Mənə böyük etimad edilib. Ümid edirəm ki, zamanla Sputnik Azəbaycan-la daha yaxından tanış olacaq, əməkdaşlıq edəcəyik”.

Xəbər lenti
0