CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobusların hərəkət istiqaməti dəyişdi – Diqqətli olun

© REPORTYeni sərnişin avtobusları
Yeni sərnişin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
Avtobuslar digər küçə və prospektlərdən keçməklə hərəkət edirlər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

O, bildirib ki, Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər.

Xəbər lenti
0