CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Moskva reysində problem yarandı, təyyarə havaya qalxa bilmədi

© Photo : Press-service of Azerbaijan Airlines"Buta Airways" şirkətinə məxsus təyyarə
Buta Airways şirkətinə məxsus təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Təyyarə reysi 4,5 saat yubandı

BAKI, 24 iyul — Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva aviareysi təyyarənin yaranan texniki problemlər səbəbindən gecikib. Bunu Sputnik Azərbaycan-a mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Самолет AZAL - Sputnik Azərbaycan
CƏMİYYƏT
AZAL 5 aylıq hesabat verdi

Onun sözlərinə görə, reys üzrə uçuşun həyata keçirilməsi üçün AZAL tərəfindən başqa təyyarə ayrılıb və hava gəmisi saat 11:00-da Bakıdan Moskvaya yola salınıb.

Qeyd edək ki, sözügedən reys üzrə təyyarə Bakıdan Moskvaya 06:50-də havaya qalxmalı idi.

Xatırladaq ki, sözügedən aviareysin sərnişinləri arasında Avropa Liqasının II təsnifat mərhələsində Tula “Arsenal”ı ilə qarşılaşacaq “Neftçi”nin futbolçuları da yer alıb. Sabah Rusiya təmsilçisi ilə ilk oyununu keçirəcək paytaxt təmsilçisi yaranan nasazlıq səbəbindən görüşün təşkil olunacağı məkana planlaşdırdığı vaxtda çata bilməyəcək.

Xəbər lenti
0