CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki rayonda qaz təchizatı dayandırılıb

© pixabay / Andreas LischkaГазовая плита, фото из архива
Газовая плита, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saatlarından iki rayonun qaz təchizatı dayandırılıb

BAKI, 24 iyul — Sputnik. Respublikanın bəzi rayonlarında qaz təchizatı dayandırılıb. Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" istehsalat Birilyindən məlumat verilib.

“Azəriqaz” İB-dən bildirilib ki, Samux rayonu ərazisində yerləşən orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanıb və onun ləğvi üçün zəruri tədbirlərin görülməsinə başlanılıb. Görüləcək təmir işlərinə görə bu gün səhər saat 09.00-dan işlər bitənə qədər Samux rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. Ağsu rayonunda da eyni səbəbdən təmir işləri aparılacaq və rayonun 9 kəndində səhər saat 09.00-dan 18.00-dək qaz təchizatı dayandırılıb.

Xəbər lenti
0