04:13 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Bakı Beynəlxalq Avtovağzalı

Avtovağzalda yenilik olacaq

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
59 0 0

Bakı Beynəlxalq Avtovağzalında yaşadığınız neqativ halları operativ surətdə aradan qaldırmaq üçün sizə dörd imkan verilir

BAKI, 23 iyul — Sputnik. "Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərə avtobus reysləri fəaliyyət göstərir. Biletləri gündəlik və ya səfər tarixinə 10 gün qalmışdan 1 gün əvvələ kimi onlayn qaydada sayt və mobil tətbiq vasitəsilə və ya qabaqcadan satış kassalarından əldə etmək imkanı var".

Bu barədə Sputnik Azərbaycan-a Kompleksin mətbuat katibi Pərvin Məmmədova məlumat verib. O bildirib ki, kassalar səhər saat 07:00-dan 00:00-a qədər sərnişinlərin ixtiyarındadır: "BBAK-ın əsas məqsədi xidmət səviyyəsini yüksəltmək və sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Bu məqsədlə bir çox işlər görülüb və hazırda görülməkdədir. Avtovağzal Kompleksindən istifadə zamanı yaranan neqativ halları daha tez və effektiv həll edə bilməmiz üçün problem yaşanılan zaman yerindəcə (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng edə və ya perron nəzarətçilərinə yaxınlaşmaq mümkündür. Eyni zamanda, facebook və ya info@avtovagzal.az email ünvanı vasitəsilə də yazmaq olar".

P.Məmmədova əlavə edib ki, çox qısa zaman sonra tamamilə yenilənmiş və müasir standartlara cavab verən məlumat mərkəzi istifadəyə veriləcək.

Əsas mövzular