18:43 22 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Həbsxana

Cəzaçəkmə müəssisəsinə metadon keçirmək istəyən saxlanılıb

© Sputnik / Aleksey Filippov
CƏMİYYƏT
Qısa URL
11 0 0

Bakı şəhər sakini Məmmədov Rasim Hilal oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan dəsmalın tikiş hissəsində xüsusi üsulla gizlədilmiş bükülüdə 0,255 qram metadon aşkar edilib

BAKI, 23 iyul — Sputnik. Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 11 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb. Bu barədə Sputnik Azərbaycan-a xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Məmmədov Şahmirzə Hilal oğluna qardaşı Bakı şəhər sakini Məmmədov Rasim Hilal oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan dəsmalın tikiş hissəsində xüsusi üsulla gizlədilmiş bükülüdə 0,255 qram metadon aşkar edilib.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hacıyev Mehman Cəmil oğlu ilə qısamüddətli görüşə gəlmiş qohumu Masallı şəhər sakini Hüseynzadə Ziya Akif oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman cibində gizlədilmiş bükülüdə 0,003 qram metadon aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Əsas mövzular