CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç bölgədə qaz təchizatı dayandırıldı

© pixabay / Photo MixГазовая плита, фото из архива
Газовая плита, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aşkarlanan qaz sızmalarının aradan qaldırılması üçün bölgələrdə qaz təchizatı dayandırıldı

BAKI, 23 iyul — Sputnik. Bu gün səhər saat 09.00-dan axşam saat 18.00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır. Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17.00-dək bərpa olunacaq. Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09.00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq.

 

Xəbər lenti
0