14:24 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
RİMM-də Sputnik Azərbaycan-a diplom verilir

Mətbuat günü: RİMM-də Sputnik Azərbaycan-ın fəaliyyəti qeyd edildi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
27 0 0

Milli Mətbuat Günündə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) jurnalistlərlə ənənəvi görüş keçirilib. Sputnik Azərbaycan fəaliyyətinə görə bu il xüsusi təşəkkür alıb.

BAKI, 22 iyul – Sputnik. Hər il iyulun 22-də - Azərbaycan Milli Mətbuat günündə jurnalistlər, informasiya agentlikləri, xəbər portalları, qəzet və telekanalların əməkdaşları ilə keçirilən ənənəvi görüş nümayəndəliyin rəhbəri Valentin Denisovun təbrik nitqi ilə bağlayıb. O, il ərzində RİMM-in fəaliyyətini, eləcə də mərkəz tərəfindən hə il keçirilən rus dili üzrə olimpiadanın gedişini işıqlandıranların hər kəsə təşəkkür edib.

Поздравительная речь руководителя представительства Россотрудничества в Азербайджане Валентина Денисова
© Sputnik / Murad Orujov
Valentin Denisov

Denisov 144 il əvvəl çıxan ilk Azərbaycan qəzeti olan “Əkinçi”nin Azərbaycan mətbuatının yaranmasındakı rolunu qeyd edib.

Denisov Sputnik Azərbaycan informasiya agentliyinin rəhbəri Əziz Əliyevə fəxri diplom təqdim edib.

  • В РИКЦ отметили деятельность Sputnik Азербайджан
    В РИКЦ отметили деятельность Sputnik Азербайджан
    © Sputnik / Murad Orujov
  • В РИКЦ прошла традиционная встреча с журналистами
    В РИКЦ прошла традиционная встреча с журналистами
    © Sputnik / Murad Orujov
  • В РИКЦ прошла традиционная встреча с журналистами
    В РИКЦ прошла традиционная встреча с журналистами
    © Sputnik / Murad Orujov
1 / 3
© Sputnik / Murad Orujov
В РИКЦ отметили деятельность Sputnik Азербайджан

Bundan əlavə, Sputnik Azərbaycan-ın əməkdaşları Zarina Orucəliyeva və Kəmalə Əliyevanın fəaliyyəti xüsusi qeyd olunub.

Qeyd edək ki, 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi altında Azərbaycanın ilk mətbu nəşri - "Əkinçi" qəzeti işıq üzü görüb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb.

Əsas mövzular